Surə 10 · Cüz 11
Yunus · 10:57
يَا أَيُّهَا النَّاسُ قَدْ جَاءَتْكُمْ مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ وَشِفَاءٌ لِمَا فِي الصُّدُورِ وَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ
57. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir.
Təfsir
Ey insanlar! Rəbbinizdən sizə bir Quran gəlmişdir. O, möminlər üçün bir öyüd-nəsihət, qəlblərdə olana şəkk-şübhəyə, nifaqa bir şəfa və onlara doğru yol göstərəndir. O kitabda möminlər üçün rəhmət və mənfəət vardır.