Surə 10 · Cüz 11
Yunus · 10:53
۞ وَيَسْتَنْبِئُونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِي وَرَبِّي إِنَّهُ لَحَقٌّ ۖ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ
53. Səndən: “O əzab doğrudurmu?”– deyə xəbər alırlar. De: “Bəli, and olsun Rəbbimə! Həqiqətən də, o, doğrudur və siz ondan yaxa qurtara bilməyəcəksiniz”.
Təfsir
Ey Peyğəmbər! Müşriklər səndən: "Bizə vəd etdiyin o əzab haqqdırmı?"– deyə soruşurlar. Onlara de: "Bəli, Allaha and olsun ki, sizə vəd etdiyim haqqdır. Siz o əzabdan qaçıb yaxa qurtara bilməyəcəksiniz".