Surə 10 · Cüz 11
Yunus · 10:51
أَثُمَّ إِذَا مَا وَقَعَ آمَنْتُمْ بِهِ ۚ آلْآنَ وَقَدْ كُنْتُمْ بِهِ تَسْتَعْجِلُونَ
51. Əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Yoxsa indimi? Siz ki, onun tez gəlməsini istəyirdiniz!”
Təfsir
Sizə vəd olunduğu əzab başınızın üstünü aldıqdan sonramı ona iman gətirəcəksiniz? Əvvəlcə iman gətirməmiş şəxsə sonrakı iman gətirməsi heç bir fayda verməz. Yoxsa siz indimi iman gətirirsiz? Siz ki, bundan əvvəl haqqı yalan sayaraq əzabın sizə tez bir zamanda gəlməsini istəyirdiniz!"