Surə 10 · Cüz 11
Yunus · 10:49
قُلْ لَا أَمْلِكُ لِنَفْسِي ضَرًّا وَلَا نَفْعًا إِلَّا مَا شَاءَ اللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَاءَ أَجَلُهُمْ فَلَا يَسْتَأْخِرُونَ سَاعَةً ۖ وَلَا يَسْتَقْدِمُونَ
49. De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.
Təfsir
Ey Peyğımbər onlara de: "Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə bir xeyir, nə də bir mənfəət verməyə qadirəm. Belə olduğu təqdirdə, mən qeybi necə bilə bilərəm?! Allah hər bir ümməti məhv etmək üçün müəyyən bir vaxt təyin etmişdir. Bu vaxtı yalnız Allah bilir. Onları məhv etmək üçün vaxt gəlib yetişdikdə, əzab onlardan bircə saat belə nə yubanar, nə də qabağa keçə bilər".