Surə 10 · Cüz 11
Yunus · 10:45
وَيَوْمَ يَحْشُرُهُمْ كَأَنْ لَمْ يَلْبَثُوا إِلَّا سَاعَةً مِنَ النَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ الَّذِينَ كَذَّبُوا بِلِقَاءِ اللَّهِ وَمَا كَانُوا مُهْتَدِينَ
45. Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər.
Təfsir
Allah qiyamət günü insanları haqq-hesab üçün bir yerə toplayacağı gün, sanki onlar dünya həyatlarında və yaxud qəbirlərində gündüzün ancaq bir saatını yaxud da bundan da daha az bir müddət qalmışlar kimi, o gün bir-birlərini tanıyacaqlar sonra qiyamətin dəhşətindən sanki bir-birlərini tanımırlar kimi bir-birlərindən uzaq duracaqlar. Qiyamət günü Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar dünyada ikən qəbirlərindən dirilib çıxacaqları günə inanmadıqları üçün canlarını Allahın əzabından qurtara bilmədilər.