Surə 10 · Cüz 11
Yunus · 10:42
وَمِنْهُمْ مَنْ يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنْتَ تُسْمِعُ الصُّمَّ وَلَوْ كَانُوا لَا يَعْقِلُونَ
42. Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən?
Təfsir
Ey Peyğəmbər! Müşriklərdən sən Quran oxuduğun zaman Onu qəbul etmədən səni dinləyənlər də vardır. Məgər sən karlara haqqı eşitdirməyə qadirsənmi? Sən, haqqı eşitməyən və onu anlamayan kimsələri əsla doğru yola gətirə bilməzsən.