Surə 10 · Cüz 11
Yunus · 10:36
وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ بِمَا يَفْعَلُونَ
36. Onların əksəriyyəti ancaq zənnə qapılır. Şübhəsiz ki, zənn həqiqəti heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir.
Təfsir
Müşriklərin əksəriyyəti yalnız bilmədikləri şeyə qapılar və şəkk-şübhə ardınca gedərlər. Şübhəsiz ki, şəkk-şübhə həqiqətin yerini heç cür əvəz edə bilməz. Allah onların nə etdiklərini bilir və etdikləri əməllər Allaha gizli qalmır. Allah hər bir kəsin etdiyi əməlin müqabilini verəcəkdir.