Surə 10 · Cüz 11
Yunus · 10:30
هُنَالِكَ تَبْلُو كُلُّ نَفْسٍ مَا أَسْلَفَتْ ۚ وَرُدُّوا إِلَى اللَّهِ مَوْلَاهُمُ الْحَقِّ ۖ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ
30. Orada hər kəs keçmişdə törətdiklərinin acısını çəkəcəkdir. Onlar Allaha – özlərinin həqiqi Himayədarına qaytarılacaq və uydurduqları bütlər onlardan uzaqlaşıb qeyb olacaqlar.
Təfsir
Allah əzəmətli məhşər günü hər kəsə dünya həyatında törətdiklərini xəbər verəcəkdir. Müşriklər isə haqq-hesaba çəkilmək üçün Haqq olan Rəbbinin hüzuruna qaytarılacaq, onlara şəfaətçi olacağını iddia etdikləri bütləri isə onlardan uzaqlaşacaqlar.