Surə 10 · Cüz 11
Yunus · 10:28
وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا مَكَانَكُمْ أَنْتُمْ وَشُرَكَاؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَاؤُهُمْ مَا كُنْتُمْ إِيَّانَا تَعْبُدُونَ
28. O gün onların hamısını bir yerə toplayacaq, sonra da müşriklərə: “Siz də, şərikləriniz də öz yerinizdə qalın!”– deyəcəyik. Biz onları ayıracağıq. Onların şərikləri deyəcəklər: “Siz bizə ibadət etmirdiniz.
Təfsir
Ey Peyğəmbər! Biz Qiyamət günü bütün məxluqatın hamısını bir yerə toplayacaq, sonra da dünyada ikən Allaha şərik qoşan müşriklərə: "Ey müşriklər! Siz də, dünyada ikən Allahı qoyub Ona şərik qoşaraq ibadət etdiyiniz şərikləriniz də öz yerinizdə qalın!" – deyəcəyik. Biz məhz o gün ibadət edənlərlə, ibadət edilənlərin arasını ayıracağıq. O zaman ibadət edilənlər, onlara ibadət edənlərdən uzaq duraraq belə deyəcəklər: "Siz dünyada bizə ibadət etmirdiniz".