Surə 1 · Cüz 1

Al-Fatihah · Al-Fatihah 1:1

بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ

1. Mərhəmətli və Rəhmli Alla­­­­hın adı ilə!

Təfsir

Quranı oxumağa Uca Allahın adını zikr etməklə Ondan yardım və xeyir-bərəkət umaraq başlayıram. Bismilləh ər-Rəhman ər-Rəhim sözü özündə Allahın üç gözəl adını ehtiva etmişdir. Bu adlar: 1- «Allah» yəni: İbadətə haqqlı olan. Bu ad Uca Allahın yalnız Ona məxsus olan adıdır və Allah Subhənəhudan başqası bu ad ilə adlanmaz. 2- «ər-Rəhman» yəni: Allah geniş rəhmət sahibidir və Allah hər bir zaman rəhimlidir. 3- «ər-Rəhim» yəni: Allahın rəhməti qullarına yetişər və Allah mömin qulları ilə yanaşı yaratdıqlarından istədiyinə rəhməti ilə mərhəmət edir.

Oxuyucuda aç - Surəni tam oxu