Abasa

سورة عبس

Surə 80 · Məkki · 42 ayə

80:1Cüz 30 · s. 585

عَبَسَ وَتَوَلَّىٰ1

1. Peyğəmbər qaşqabağını tökdü və üzünü çevirdi –
80:2Cüz 30 · s. 585

أَنْ جَاءَهُ الْأَعْمَىٰ2

2. yanına korun gəldiyinə görə.
80:3Cüz 30 · s. 585

وَمَا يُدْرِيكَ لَعَلَّهُ يَزَّكَّىٰ3

3. Nə bilirdin ki, bəlkə o gü­nahlardan təmizlənəcəkdi
80:4Cüz 30 · s. 585

أَوْ يَذَّكَّرُ فَتَنْفَعَهُ الذِّكْرَىٰ4

4. və yaxud nəsihət dinlə­yib fayda­lanacaqdı.
80:5Cüz 30 · s. 585

أَمَّا مَنِ اسْتَغْنَىٰ5

5. Nəsihətə ehtiyacı olma­ya­na gəlincə isə,
80:6Cüz 30 · s. 585

فَأَنْتَ لَهُ تَصَدَّىٰ6

6. sən ona diqqət yetirirsən.
80:7Cüz 30 · s. 585

وَمَا عَلَيْكَ أَلَّا يَزَّكَّىٰ7

7. Onun təmizlənməməyi­nin sənə bir aidiyyəti yox­dur.
80:8Cüz 30 · s. 585

وَأَمَّا مَنْ جَاءَكَ يَسْعَىٰ8

8. Səy göstərib sənin yanına gələn,
80:9Cüz 30 · s. 585

وَهُوَ يَخْشَىٰ9

9. Allahdan qorxan kimsəyə gəlincə,
80:10Cüz 30 · s. 585

فَأَنْتَ عَنْهُ تَلَهَّىٰ10

10. sən ona məhəl qoymursan!
80:11Cüz 30 · s. 585

كَلَّا إِنَّهَا تَذْكِرَةٌ11

11. Xeyr! Şübhəsiz ki, bu, bir nəsi­hətdir.
80:12Cüz 30 · s. 585

فَمَنْ شَاءَ ذَكَرَهُ12

12. Kim istəsə, qoy onu xa­tırlayıb ibrət alsın.
80:13Cüz 30 · s. 585

فِي صُحُفٍ مُكَرَّمَةٍ13

13. Bu Quran kəramətli sə­hi­fələr­də -
80:14Cüz 30 · s. 585

مَرْفُوعَةٍ مُطَهَّرَةٍ14

14. yüksək və pak səhifələr­də­dir.
80:15Cüz 30 · s. 585

بِأَيْدِي سَفَرَةٍ15

15. Bu səhifələr elçilərin əl­lə­rində –
80:16Cüz 30 · s. 585

كِرَامٍ بَرَرَةٍ16

16. möhtərəm və müti olan­ mələklərin əllə­rindədir.
80:17Cüz 30 · s. 585

قُتِلَ الْإِنْسَانُ مَا أَكْفَرَهُ17

17. Qoy ölsün kafir insan! O necə də nankordur!
80:18Cüz 30 · s. 585

مِنْ أَيِّ شَيْءٍ خَلَقَهُ18

18. Qoy baxıb görsün, Allah onu nədən yaradıb?
80:19Cüz 30 · s. 585

مِنْ نُطْفَةٍ خَلَقَهُ فَقَدَّرَهُ19

19. Allah onu nütfədən ya­ratdı və onu müəyyən şəklə saldı.
80:20Cüz 30 · s. 585

ثُمَّ السَّبِيلَ يَسَّرَهُ20

20. Sonra da onun yolunu asanlaş­dırdı.
80:21Cüz 30 · s. 585

ثُمَّ أَمَاتَهُ فَأَقْبَرَهُ21

21. Sonra onu öldürüb qə­bi­rə yerləş­dirdi.
80:22Cüz 30 · s. 585

ثُمَّ إِذَا شَاءَ أَنْشَرَهُ22

22. Sonra da istədiyi vaxt onu yenidən dirildə­cək.
80:23Cüz 30 · s. 585

كَلَّا لَمَّا يَقْضِ مَا أَمَرَهُ23

23. Xeyr! O, hələ də Allahın ona bu­yurduğunu yerinə ye­tir­mə­miş­dir.
80:24Cüz 30 · s. 585

فَلْيَنْظُرِ الْإِنْسَانُ إِلَىٰ طَعَامِهِ24

24. Qoy insan yediyinə diq­qət yetir­sin!
80:25Cüz 30 · s. 585

أَنَّا صَبَبْنَا الْمَاءَ صَبًّا25

25. Həqiqətən, yağışı bol-bol Biz yağ­dırırıq.
80:26Cüz 30 · s. 585

ثُمَّ شَقَقْنَا الْأَرْضَ شَقًّا26

26. Sonra da yeri çat-çat ya­rıb
80:27Cüz 30 · s. 585

فَأَنْبَتْنَا فِيهَا حَبًّا27

27. orada taxıl yetişdiririk.
80:28Cüz 30 · s. 585

وَعِنَبًا وَقَضْبًا28

28. Habelə üzüm və yonca,
80:29Cüz 30 · s. 585

وَزَيْتُونًا وَنَخْلًا29

29. zeytun və xurma ağac­la­rı,
80:30Cüz 30 · s. 585

وَحَدَائِقَ غُلْبًا30

30. sıx-sıx bağlar,
80:31Cüz 30 · s. 585

وَفَاكِهَةً وَأَبًّا31

31. meyvələr və otlar da bi­tiririk.
80:32Cüz 30 · s. 585

مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ32

32. Bu nemətlər sizin isti­fa­də­niz və mal-qaranızın fayda­lan­ması üçün­dür.
80:33Cüz 30 · s. 585

فَإِذَا جَاءَتِ الصَّاخَّةُ33

33. Qulaqbatırıcı bir səs gə­ləndə –
80:34Cüz 30 · s. 585

يَوْمَ يَفِرُّ الْمَرْءُ مِنْ أَخِيهِ34

34. o gün insan qaçacaq öz qarda­şından,
80:35Cüz 30 · s. 585

وَأُمِّهِ وَأَبِيهِ35

35. anasından, atasından,
80:36Cüz 30 · s. 585

وَصَاحِبَتِهِ وَبَنِيهِ36

36. həyat yoldaşından və övladla­rından!
80:37Cüz 30 · s. 585

لِكُلِّ امْرِئٍ مِنْهُمْ يَوْمَئِذٍ شَأْنٌ يُغْنِيهِ37

37. O gün onlardan hər biri­nin yetə­rincə işi olacaq­.
80:38Cüz 30 · s. 585

وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ38

38. O gün neçə-neçə üzlər par­layacaq,
80:39Cüz 30 · s. 585

ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ39

39. güləcək və fərəhlənə­cək­.
80:40Cüz 30 · s. 585

وَوُجُوهٌ يَوْمَئِذٍ عَلَيْهَا غَبَرَةٌ40

40. O gün neçə-neçə üzlərə toz-torpaq hopacaq,
80:41Cüz 30 · s. 586

تَرْهَقُهَا قَتَرَةٌ41

41. onları zülmət bürüyə­cək­.
80:42Cüz 30 · s. 586

أُولَٰئِكَ هُمُ الْكَفَرَةُ الْفَجَرَةُ42

42. Məhz onlar kafirlər, gü­nah­kar­lardır!

Surənin əvvəlindən oxut

Sahl Yaseen - Abasa · Tlawati