وَالنَّازِعَاتِ غَرْقًا1
1. And olsun kafirlərin canını zorla alanlara!
وَالنَّاشِطَاتِ نَشْطًا2
2. And olsun möminlərin canını rahatlıqla alanlara!
وَالسَّابِحَاتِ سَبْحًا3
3. And olsun göydə üzdükcə üzənlərə!
فَالسَّابِقَاتِ سَبْقًا4
4. And olsun ötdükcə ötənlərə!
فَالْمُدَبِّرَاتِ أَمْرًا5
5. And olsun buyruqları yerinə yetirənlərə!
يَوْمَ تَرْجُفُ الرَّاجِفَةُ6
6. O gün lərzəyə gələn lərzələnəcək,
تَتْبَعُهَا الرَّادِفَةُ7
7. onun ardınca təkrar lərzələnəcək.
قُلُوبٌ يَوْمَئِذٍ وَاجِفَةٌ8
8. Həmin gün qəlblər qorxudan tir-tir əsəcək.
أَبْصَارُهَا خَاشِعَةٌ9
9. Bu qəlb sahiblərinin gözləri zəlil görkəm alacaq.
يَقُولُونَ أَإِنَّا لَمَرْدُودُونَ فِي الْحَافِرَةِ10
10. Onlar deyirlər: “Yəni biz yenidən bundan qabaqkı halımıza döndəriləcəyik?
أَإِذَا كُنَّا عِظَامًا نَخِرَةً11
11. Sümüklərimiz çürüdükdən sonra?”
قَالُوا تِلْكَ إِذًا كَرَّةٌ خَاسِرَةٌ12
12. Onlar dedilər: “Belə olduğu halda bu, zərərli bir qayıdışdır”.
فَإِنَّمَا هِيَ زَجْرَةٌ وَاحِدَةٌ13
13. O surun üfürülməsi təkcə qorxunc bir səsdir.
فَإِذَا هُمْ بِالسَّاهِرَةِ14
14. O vaxt onlar ləngimədən qəbirlərindən yerin səthinə çıxacaqlar.
هَلْ أَتَاكَ حَدِيثُ مُوسَىٰ15
15. Musanın hadisəsi sənə yetişdimi?
إِذْ نَادَاهُ رَبُّهُ بِالْوَادِ الْمُقَدَّسِ طُوًى16
16. O zaman Rəbbi onu müqəddəs Tuva vadisində səsləyib demişdi:
اذْهَبْ إِلَىٰ فِرْعَوْنَ إِنَّهُ طَغَىٰ17
17. “Fironun yanına yollan! O, həddini çox aşmışdır.
فَقُلْ هَلْ لَكَ إِلَىٰ أَنْ تَزَكَّىٰ18
18. De: “Günahlardan xilas olmaq istəyirsənmi?
وَأَهْدِيَكَ إِلَىٰ رَبِّكَ فَتَخْشَىٰ19
19. Səni Rəbbinə doğru yönəldimmi ki, Ondan qorxub çəkinəsən?”
فَأَرَاهُ الْآيَةَ الْكُبْرَىٰ20
20. Musa ən böyük möcüzəni Firona göstərdi.
فَكَذَّبَ وَعَصَىٰ21
21. O isə haqqı yalan sayıb asi oldu.
ثُمَّ أَدْبَرَ يَسْعَىٰ22
22. Sonra da üz döndərib fəsad törətməyə girişdi.
فَحَشَرَ فَنَادَىٰ23
23. O, camaatını toplayıb onlara hündür səslə müraciət edərək
فَقَالَ أَنَا رَبُّكُمُ الْأَعْلَىٰ24
24. dedi: “Sizin ən uca rəbbiniz mənəm!”
فَأَخَذَهُ اللَّهُ نَكَالَ الْآخِرَةِ وَالْأُولَىٰ25
25. Belə olduqda, Allah da onu dünya və Axirət əzabı ilə yaxaladı.
إِنَّ فِي ذَٰلِكَ لَعِبْرَةً لِمَنْ يَخْشَىٰ26
26. Həqiqətən, bunda Allahdan qorxanlardan ötrü işarə var.
أَأَنْتُمْ أَشَدُّ خَلْقًا أَمِ السَّمَاءُ ۚ بَنَاهَا27
27. Sizin yaradılışınız çətindir, yoxsa göyün? Allah onu qurdu,
رَفَعَ سَمْكَهَا فَسَوَّاهَا28
28. onun qübbəsini yüksəltdi və düzəldib kamilləşdirdi,
وَأَغْطَشَ لَيْلَهَا وَأَخْرَجَ ضُحَاهَا29
29. gecəsini qaranlıq edib, səhərini də nurlandırdı.
وَالْأَرْضَ بَعْدَ ذَٰلِكَ دَحَاهَا30
30. Sonra yeri döşəyib,
أَخْرَجَ مِنْهَا مَاءَهَا وَمَرْعَاهَا31
31. onda su və otlaq yaratdı,
وَالْجِبَالَ أَرْسَاهَا32
32. dağları da yerə bərkitdi.
مَتَاعًا لَكُمْ وَلِأَنْعَامِكُمْ33
33. Bunlar sizin və mal-qaranızın faydalanmasından ötrüdür.
فَإِذَا جَاءَتِ الطَّامَّةُ الْكُبْرَىٰ34
34. Ən böyük fəlakətin gəldiyi zaman –
يَوْمَ يَتَذَكَّرُ الْإِنْسَانُ مَا سَعَىٰ35
35. o gün insan törətdiklərini xatırlayacaq.
وَبُرِّزَتِ الْجَحِيمُ لِمَنْ يَرَىٰ36
36. Cəhənnəm isə hər görmə qabiliyyəti olan adama göstəriləcək.
فَأَمَّا مَنْ طَغَىٰ37
37. Kim həddi aşmışsa,
وَآثَرَ الْحَيَاةَ الدُّنْيَا38
38. dünya həyatını axirətdən üstün bilmişsə,
فَإِنَّ الْجَحِيمَ هِيَ الْمَأْوَىٰ39
39. şübhəsiz ki, onun gedəcəyi yer Cəhənnəmdir.
وَأَمَّا مَنْ خَافَ مَقَامَ رَبِّهِ وَنَهَى النَّفْسَ عَنِ الْهَوَىٰ40
40. Ancaq kim Rəbbinin hüzuruna gələcəyindən qorxmuş və nəfsinə ehtirası yasaq etmişsə,
فَإِنَّ الْجَنَّةَ هِيَ الْمَأْوَىٰ41
41. həqiqətən, onun gedəcəyi yer Cənnətdir.
يَسْأَلُونَكَ عَنِ السَّاعَةِ أَيَّانَ مُرْسَاهَا42
42. Səndən o Saat barəsində: “O nə vaxt qopacaq?”– deyə soruşurlar.
فِيمَ أَنْتَ مِنْ ذِكْرَاهَا43
43. Axı sən onu haradan biləsən?!
إِلَىٰ رَبِّكَ مُنْتَهَاهَا44
44. Onu kamil bilmək sənin Rəbbinə aiddir.
إِنَّمَا أَنْتَ مُنْذِرُ مَنْ يَخْشَاهَا45
45. Sən yalnız ondan qorxanı xəbərdar edənsən.
كَأَنَّهُمْ يَوْمَ يَرَوْنَهَا لَمْ يَلْبَثُوا إِلَّا عَشِيَّةً أَوْ ضُحَاهَا46
46. Onlar Qiyaməti gördükləri an dünyada yalnız bir axşam çağı, yaxud bir səhər qədər qaldıqlarını güman edəcəklər!