Al-Qiyamah

سورة القيامة

Surə 75 · Məkki · 40 ayə

75:1Cüz 29 · s. 577

لَا أُقْسِمُ بِيَوْمِ الْقِيَامَةِ1

1. And içirəm Qiyamət gü­nünə!
75:2Cüz 29 · s. 577

وَلَا أُقْسِمُ بِالنَّفْسِ اللَّوَّامَةِ2

2. And içirəm peşmançılıq çə­kən nəfsə!
75:3Cüz 29 · s. 577

أَيَحْسَبُ الْإِنْسَانُ أَلَّنْ نَجْمَعَ عِظَامَهُ3

3. İnsan elə düşünür ki, Biz onun sümüklərini yığa bilmə­yə­cə­yik.
75:4Cüz 29 · s. 577

بَلَىٰ قَادِرِينَ عَلَىٰ أَنْ نُسَوِّيَ بَنَانَهُ4

4. Mütləq yığacağıq! Biz onun bar­maq uclarını bərpa etməyə qa­di­rik.
75:5Cüz 29 · s. 577

بَلْ يُرِيدُ الْإِنْسَانُ لِيَفْجُرَ أَمَامَهُ5

5. Lakin insan bundan sonra da günah etmək fikrindədir.
75:6Cüz 29 · s. 577

يَسْأَلُ أَيَّانَ يَوْمُ الْقِيَامَةِ6

6. O: “Qiyamət günü nə vaxt ola­caq!”– deyə rişxəndlə soru­şur.
75:7Cüz 29 · s. 577

فَإِذَا بَرِقَ الْبَصَرُ7

7. Gözlər bərələ qalacağı,
75:8Cüz 29 · s. 577

وَخَسَفَ الْقَمَرُ8

8. ay tutulacağı
75:9Cüz 29 · s. 577

وَجُمِعَ الشَّمْسُ وَالْقَمَرُ9

9. və günəşlə ayın qovuşa­cağı zaman –
75:10Cüz 29 · s. 577

يَقُولُ الْإِنْسَانُ يَوْمَئِذٍ أَيْنَ الْمَفَرُّ10

10. o gün insan deyəcək: “Hara qaçaq?”
75:11Cüz 29 · s. 577

كَلَّا لَا وَزَرَ11

11. Xeyr, o gün pənah apa­rı­lacaq yer tapılmayacaq.
75:12Cüz 29 · s. 577

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمُسْتَقَرُّ12

12. O gün qayıdış ancaq sə­nin Rəb­binə olacaq.
75:13Cüz 29 · s. 577

يُنَبَّأُ الْإِنْسَانُ يَوْمَئِذٍ بِمَا قَدَّمَ وَأَخَّرَ13

13. O gün insana əvvəllər et­diyi və sonraya saxladığı əməl­ləri ba­rədə xəbər veriləcək.
75:14Cüz 29 · s. 577

بَلِ الْإِنْسَانُ عَلَىٰ نَفْسِهِ بَصِيرَةٌ14

14. Əslində, insan öz əley­hi­nə şahid­lik edəcək –
75:15Cüz 29 · s. 577

وَلَوْ أَلْقَىٰ مَعَاذِيرَهُ15

15. üzrlü olub-olmadığı bü­tün hal­ları ortaya qoysa da.
75:16Cüz 29 · s. 577

لَا تُحَرِّكْ بِهِ لِسَانَكَ لِتَعْجَلَ بِهِ16

16. Cəbrail sənə Quranı na­zil etdikdə onu tə­ləm-tələsik yad­da sax­la­maq üçün dilini tər­pət­mə!
75:17Cüz 29 · s. 577

إِنَّ عَلَيْنَا جَمْعَهُ وَقُرْآنَهُ17

17. Şübhəsiz ki, sənin qəl­bin­də onun qərar tutması və dilin­lə onun oxunması Bizə aid­dir.
75:18Cüz 29 · s. 577

فَإِذَا قَرَأْنَاهُ فَاتَّبِعْ قُرْآنَهُ18

18. Biz onu oxuduğumuz za­man sən onun oxunuşunu izlə.
75:19Cüz 29 · s. 577

ثُمَّ إِنَّ عَلَيْنَا بَيَانَهُ19

19. Sonra onu izah etmək də, sözsüz ki, Bizə aiddir.
75:20Cüz 29 · s. 578

كَلَّا بَلْ تُحِبُّونَ الْعَاجِلَةَ20

20. Xeyr! Əksinə, siz tez ötüb keçən fani dünyanı sevir,
75:21Cüz 29 · s. 578

وَتَذَرُونَ الْآخِرَةَ21

21. Axirətdən isə uzaqlaşır­sınız.
75:22Cüz 29 · s. 578

وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ22

22. O gün bir çox üzlər parlayacaq
75:23Cüz 29 · s. 578

إِلَىٰ رَبِّهَا نَاظِرَةٌ23

23. və öz Rəbbinə baxa­caq­dır.
75:24Cüz 29 · s. 578

وَوُجُوهٌ يَوْمَئِذٍ بَاسِرَةٌ24

24. O gün bir çox üzlər də tutulub qaralacaq
75:25Cüz 29 · s. 578

تَظُنُّ أَنْ يُفْعَلَ بِهَا فَاقِرَةٌ25

25. və yəqin edəcək ki, on­la­ra müsi­bət artıq üz vermişdir.
75:26Cüz 29 · s. 578

كَلَّا إِذَا بَلَغَتِ التَّرَاقِيَ26

26. Xeyr, ruh körpücük sü­­müklə­rinə yetişəcəyi zaman;
75:27Cüz 29 · s. 578

وَقِيلَ مَنْ ۜ رَاقٍ27

27. “Kim onu dua ilə müalicə edə bilər?”– deyiləcək.
75:28Cüz 29 · s. 578

وَظَنَّ أَنَّهُ الْفِرَاقُ28

28. Can verən adam dünya hə­yatından ayrıldığını yəqin edə­cəyi
75:29Cüz 29 · s. 578

وَالْتَفَّتِ السَّاقُ بِالسَّاقِ29

29. və ayaq ayağa dolaşa­ca­ğı za­man –
75:30Cüz 29 · s. 578

إِلَىٰ رَبِّكَ يَوْمَئِذٍ الْمَسَاقُ30

30. o gün hər kəs Rəbbinin hüzuruna gətiriləcək.
75:31Cüz 29 · s. 578

فَلَا صَدَّقَ وَلَا صَلَّىٰ31

31. O kafir nə Quranı təsdiq etdi, nə də namaz qıldı.
75:32Cüz 29 · s. 578

وَلَٰكِنْ كَذَّبَ وَتَوَلَّىٰ32

32. Haqqı da yalan saydı və üz dön­dərdi.
75:33Cüz 29 · s. 578

ثُمَّ ذَهَبَ إِلَىٰ أَهْلِهِ يَتَمَطَّىٰ33

33. Sonra da lovğa-lovğa öz ailəsinin yanına getdi.
75:34Cüz 29 · s. 578

أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ34

34. Vay sənin halına, vay!
75:35Cüz 29 · s. 578

ثُمَّ أَوْلَىٰ لَكَ فَأَوْلَىٰ35

35. Yenə də vay sənin halı­na, vay!
75:36Cüz 29 · s. 578

أَيَحْسَبُ الْإِنْسَانُ أَنْ يُتْرَكَ سُدًى36

36. Bəlkə insan özbaşına qo­yulaca­ğını güman edir?
75:37Cüz 29 · s. 578

أَلَمْ يَكُ نُطْفَةً مِنْ مَنِيٍّ يُمْنَىٰ37

37. Məgər o, kişi toxumun­dan axıdı­lan bir damla nütfə de­yil­di­mi?
75:38Cüz 29 · s. 578

ثُمَّ كَانَ عَلَقَةً فَخَلَقَ فَسَوَّىٰ38

38. Sonra laxtalanmış qan ol­du. Allah onu yaradıb kamil bir gör­kəmə saldı.
75:39Cüz 29 · s. 578

فَجَعَلَ مِنْهُ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ39

39. Ondan da bir cüt kişi və qadın yaratdı.
75:40Cüz 29 · s. 578

أَلَيْسَ ذَٰلِكَ بِقَادِرٍ عَلَىٰ أَنْ يُحْيِيَ الْمَوْتَىٰ40

40. Məgər O, ölüləri dirilt­məyə qadir deyilmi?

Surənin əvvəlindən oxut

Muhammad Abdulkarim - Al-Qiyamah · Tlawati