Al-Ma'arij

سورة المعارج

Surə 70 · Məkki · 44 ayə

70:1Cüz 29 · s. 568

سَأَلَ سَائِلٌ بِعَذَابٍ وَاقِعٍ1

1. İstəyən kimsə baş verə­cək əzabı istədi –
70:2Cüz 29 · s. 568

لِلْكَافِرِينَ لَيْسَ لَهُ دَافِعٌ2

2. bunu kafirlər üçün dilədi. O əzabın qarşısını alan tapıl­ma­ya­caq.
70:3Cüz 29 · s. 568

مِنَ اللَّهِ ذِي الْمَعَارِجِ3

3. O, dərəcələr sahibi olan Allah­dandır.
70:4Cüz 29 · s. 568

تَعْرُجُ الْمَلَائِكَةُ وَالرُّوحُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ خَمْسِينَ أَلْفَ سَنَةٍ4

4. Mələklər və Ruh Cəbrail Allaha doğ­ru sayı əlli min ilə bə­rabər bir gün ər­zində qalxırlar.
70:5Cüz 29 · s. 568

فَاصْبِرْ صَبْرًا جَمِيلًا5

5. Sən təmkinlə səbir et!
70:6Cüz 29 · s. 568

إِنَّهُمْ يَرَوْنَهُ بَعِيدًا6

6. Doğrusu, kafirlər o əzabın uzaq ol­du­ğunu güman edirlər.
70:7Cüz 29 · s. 568

وَنَرَاهُ قَرِيبًا7

7. Biz isə onun yaxın oldu­ğunu gö­rürük.
70:8Cüz 29 · s. 568

يَوْمَ تَكُونُ السَّمَاءُ كَالْمُهْلِ8

8. O gün göy əridilmiş me­tal kimi olacaq.
70:9Cüz 29 · s. 568

وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ9

9. Dağlar da didilmiş yuna bənzəyə­cək.
70:10Cüz 29 · s. 568

وَلَا يَسْأَلُ حَمِيمٌ حَمِيمًا10

10. Dost dostun halını xə­bər almaya­caq.
70:11Cüz 29 · s. 569

يُبَصَّرُونَهُمْ ۚ يَوَدُّ الْمُجْرِمُ لَوْ يَفْتَدِي مِنْ عَذَابِ يَوْمِئِذٍ بِبَنِيهِ11

11. Halbuki onlar bir-birini görəcək­lər. Günahkar o günün əza­bın­dan qur­tarmaq üçün fid­yə vermək istəyər – öz oğul­la­rını,
70:12Cüz 29 · s. 569

وَصَاحِبَتِهِ وَأَخِيهِ12

12. həyat yoldaşını və qar­daşını,
70:13Cüz 29 · s. 569

وَفَصِيلَتِهِ الَّتِي تُؤْوِيهِ13

13. ona sığınacaq vermiş nəs­lini
70:14Cüz 29 · s. 569

وَمَنْ فِي الْأَرْضِ جَمِيعًا ثُمَّ يُنْجِيهِ14

14. və yer üzündə olanların hamısını – təki bu onu xilas et­sin.
70:15Cüz 29 · s. 569

كَلَّا ۖ إِنَّهَا لَظَىٰ15

15. Xeyr! Bu, alovu şölələ­nən Oddur –
70:16Cüz 29 · s. 569

نَزَّاعَةً لِلشَّوَىٰ16

16. başın dərisini sıyırıb çı­xaran bir od.
70:17Cüz 29 · s. 569

تَدْعُو مَنْ أَدْبَرَ وَتَوَلَّىٰ17

17. O od çağırır haqqa arxa çevirəni, ondan üz döndərəni
70:18Cüz 29 · s. 569

وَجَمَعَ فَأَوْعَىٰ18

18. və mal-dövlət yığıb sax­la­yanı.
70:19Cüz 29 · s. 569

۞ إِنَّ الْإِنْسَانَ خُلِقَ هَلُوعًا19

19. Həqiqətən, insan kəm­hövsələ ya­radılmışdır.
70:20Cüz 29 · s. 569

إِذَا مَسَّهُ الشَّرُّ جَزُوعًا20

20. Ona bir pislik toxun­duqda özün­dən çıxır,
70:21Cüz 29 · s. 569

وَإِذَا مَسَّهُ الْخَيْرُ مَنُوعًا21

21. bir xeyir nəsib olduqda isə xəsis­lik edir.
70:22Cüz 29 · s. 569

إِلَّا الْمُصَلِّينَ22

22. Namaz qılanlar istis­na­dır.
70:23Cüz 29 · s. 569

الَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ دَائِمُونَ23

23. O kəslər ki, namazlarını həmişə qılırlar.
70:24Cüz 29 · s. 569

وَالَّذِينَ فِي أَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ24

24. O kəslər ki, onların mal­larında bəlli bir haqq var­ –
70:25Cüz 29 · s. 569

لِلسَّائِلِ وَالْمَحْرُومِ25

25. dilənən və həya edib istəmədiyinə görə məhrum qalan üçün.
70:26Cüz 29 · s. 569

وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ26

26. O kəslər ki, Haqq-hesab gününü təsdiq edirlər.
70:27Cüz 29 · s. 569

وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ27

27. O kəslər ki, Rəbbinin əza­bından qorxurlar.
70:28Cüz 29 · s. 569

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ28

28. Axı Rəbbinin əzabı on­lar üçün də təhlükəsiz deyil.
70:29Cüz 29 · s. 569

وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ29

29. O kəslər ki, tənasül üzv­lərini zi­nadan qoruyurlar –
70:30Cüz 29 · s. 569

إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ30

30. zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna gö­rə onlar əsla qınan­maz­lar.
70:31Cüz 29 · s. 569

فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ31

31. Bundan artığını istəyən­lər isə həddi aşanlardır.
70:32Cüz 29 · s. 569

وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ32

32. O kəslər ki, əmanəti dan­mır və əhdlərini pozmurlar.
70:33Cüz 29 · s. 569

وَالَّذِينَ هُمْ بِشَهَادَاتِهِمْ قَائِمُونَ33

33. O kəslər ki, şahidliklə­rin­də mə­tindirlər.
70:34Cüz 29 · s. 569

وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَاتِهِمْ يُحَافِظُونَ34

34. Bir də o kəslər ki, na­maz­larını dəqiqliklə qılırlar.
70:35Cüz 29 · s. 569

أُولَٰئِكَ فِي جَنَّاتٍ مُكْرَمُونَ35

35. Cən­nətlərdə hör­mət göstə­riləcək insanlar da elə onlar ola­caq.
70:36Cüz 29 · s. 569

فَمَالِ الَّذِينَ كَفَرُوا قِبَلَكَ مُهْطِعِينَ36

36. Sənə doğru tələsən ka­firlərə nə olub belə –
70:37Cüz 29 · s. 569

عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ عِزِينَ37

37. sağdan-soldan dəstələr­lə ətrafına yığışırlar?
70:38Cüz 29 · s. 569

أَيَطْمَعُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُدْخَلَ جَنَّةَ نَعِيمٍ38

38. Yoxsa onların hər biri Nəim cən­nətinə girə bilə­cəyinə ümid edir?
70:39Cüz 29 · s. 569

كَلَّا ۖ إِنَّا خَلَقْنَاهُمْ مِمَّا يَعْلَمُونَ39

39. Xeyr! Bu mümkün deyil! Biz onları bildikləri şeydən xəlq et­mi­şik.
70:40Cüz 29 · s. 569

فَلَا أُقْسِمُ بِرَبِّ الْمَشَارِقِ وَالْمَغَارِبِ إِنَّا لَقَادِرُونَ40

40. And içirəm məşriqlərin və məğ­riblərin Rəbbinə! Biz doğ­ru­dan da, elə bir qüdrətə malikik ki, –
70:41Cüz 29 · s. 570

عَلَىٰ أَنْ نُبَدِّلَ خَيْرًا مِنْهُمْ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ41

41. onları daha yaxşıları ilə əvəz edə bi­lərik. Bunda qarşı­mıza çı­xa bilən ta­pılmaz.
70:42Cüz 29 · s. 570

فَذَرْهُمْ يَخُوضُوا وَيَلْعَبُوا حَتَّىٰ يُلَاقُوا يَوْمَهُمُ الَّذِي يُوعَدُونَ42

42. Vədə verilmiş günə ça­tanadək on­larla daha işin ol­masın, qoy boş-boş da­nışsınlar və əylənsinlər.
70:43Cüz 29 · s. 570

يَوْمَ يَخْرُجُونَ مِنَ الْأَجْدَاثِ سِرَاعًا كَأَنَّهُمْ إِلَىٰ نُصُبٍ يُوفِضُونَ43

43. O gün, məbudlarına iba­­dətə can atırmışlar kimi onlar qə­bir­lər­dən çıxa­caqlar.
70:44Cüz 29 · s. 570

خَاشِعَةً أَبْصَارُهُمْ تَرْهَقُهُمْ ذِلَّةٌ ۚ ذَٰلِكَ الْيَوْمُ الَّذِي كَانُوا يُوعَدُونَ44

44. O gün onların baxışları yerə diki­ləcək, özlərini də zil­lət bü­rü­yəcək. Budur onla­rın xəbərdar edildikləri gün!

Surənin əvvəlindən oxut