Al-Qari'ah

سورة القارعة

Surə 101 · Məkki · 11 ayə

101:1Cüz 30 · s. 600

الْقَارِعَةُ1

1. Qəlbləri qorxuya salan Qariə!
101:2Cüz 30 · s. 600

مَا الْقَارِعَةُ2

2. Nədir Qariə?
101:3Cüz 30 · s. 600

وَمَا أَدْرَاكَ مَا الْقَارِعَةُ3

3. Sən nə bilirsən ki, nədir Qariə?
101:4Cüz 30 · s. 600

يَوْمَ يَكُونُ النَّاسُ كَالْفَرَاشِ الْمَبْثُوثِ4

4. O gün insanlar ətrafa sə­pə­lənmiş pərvanələr tək ola­caq­lar.
101:5Cüz 30 · s. 600

وَتَكُونُ الْجِبَالُ كَالْعِهْنِ الْمَنْفُوشِ5

5. Dağlar isə didilmiş yun görkəmi alacaq.
101:6Cüz 30 · s. 600

فَأَمَّا مَنْ ثَقُلَتْ مَوَازِينُهُ6

6. O gün kimin tərəziləri ağır gələrsə,
101:7Cüz 30 · s. 600

فَهُوَ فِي عِيشَةٍ رَاضِيَةٍ7

7. xoşbəxt güzəran sürəcək.
101:8Cüz 30 · s. 600

وَأَمَّا مَنْ خَفَّتْ مَوَازِينُهُ8

8. Kimin tərəziləri yüngül gə­lərsə,
101:9Cüz 30 · s. 600

فَأُمُّهُ هَاوِيَةٌ9

9. məskəni Haviyə olacaq­.
101:10Cüz 30 · s. 600

وَمَا أَدْرَاكَ مَا هِيَهْ10

10. Sən nə bilirsən ki, o Haviyə nədir?
101:11Cüz 30 · s. 600

نَارٌ حَامِيَةٌ11

11. O, çox qızmar bir od­dur!

Surənin əvvəlindən oxut