سَبِّحِ اسْمَ رَبِّكَ الْأَعْلَى1
1. Ən Uca Rəbbinin adına təriflər de!
الَّذِي خَلَقَ فَسَوَّىٰ2
2. O Rəbbin ki, hər şeyi yaradıb kamilləşdirdi.
وَالَّذِي قَدَّرَ فَهَدَىٰ3
3. O Rəbbin ki, hər şeyin müqəddəratını əzəldən müəyyən edərək yol göstərdi.
وَالَّذِي أَخْرَجَ الْمَرْعَىٰ4
4. O Rəbbin ki, otlağı cücərtdi,
فَجَعَلَهُ غُثَاءً أَحْوَىٰ5
5. sonra da onu qaralmış samana çevirdi.
سَنُقْرِئُكَ فَلَا تَنْسَىٰ6
6. Biz sənə Quranı oxudacağıq və sən onu unutmayacaqsan.
إِلَّا مَا شَاءَ اللَّهُ ۚ إِنَّهُ يَعْلَمُ الْجَهْرَ وَمَا يَخْفَىٰ7
7. Yalnız Allahın istədiyindən başqa. Şübhəsiz ki, Allah aşkarı da, gizlini də bilir.
وَنُيَسِّرُكَ لِلْيُسْرَىٰ8
8. Səni ən asan olana müvəffəq edərik.
فَذَكِّرْ إِنْ نَفَعَتِ الذِّكْرَىٰ9
9. Xatırlatmanın fayda verdiyini görsən, onlara xatırlat!
سَيَذَّكَّرُ مَنْ يَخْشَىٰ10
10. Allahdan qorxanlar öyüd-nəsihət götürərlər.
وَيَتَجَنَّبُهَا الْأَشْقَى11
11. Ən bədbəxt kimsələr isə onu qulaqardına vurarlar.
الَّذِي يَصْلَى النَّارَ الْكُبْرَىٰ12
12. O kimsə ki, Cəhənnəmə atılacaq.
ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحْيَىٰ13
13. O orada nə öləcək, nə də yaşaya biləcək.
قَدْ أَفْلَحَ مَنْ تَزَكَّىٰ14
14. Günahlardan təmizlənən kimsə isə uğur qazanmışdır.
وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلَّىٰ15
15. O kimsə ki, Rəbbinin adını xatırlayıb namaz qılmışdır.
بَلْ تُؤْثِرُونَ الْحَيَاةَ الدُّنْيَا16
16. Xeyr, siz dünya həyatını olduqca üstün tutursunuz;
وَالْآخِرَةُ خَيْرٌ وَأَبْقَىٰ17
17. Axirət isə daha xeyirli və daha sürəklidir.
إِنَّ هَٰذَا لَفِي الصُّحُفِ الْأُولَىٰ18
18. Həqiqətən də, bu, əvvəlki səhifələrdə bildirilmişdir –
صُحُفِ إِبْرَاهِيمَ وَمُوسَىٰ19
19. İbrahimin və Musanın səhifələrində.