وَالْفَجْرِ1
1. And olsun dan yerinə!
وَلَيَالٍ عَشْرٍ2
2. And olsun on gecəyə!
وَالشَّفْعِ وَالْوَتْرِ3
3. And olsun cütə və təkə!
وَاللَّيْلِ إِذَا يَسْرِ4
4. And olsun keçib getməkdə olan gecəyə!
هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ5
5. Məgər bu andlar ağıl sahibi üçün kifayət deyilmi?
أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ6
6. Məgər görmədinmi ki, Rəbbin nələr etdi Ad qövmünə,
إِرَمَ ذَاتِ الْعِمَادِ7
7. sütunlar sahibi İrəm qəbiləsinə –
الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ8
8. halbuki, yer üzündə onlar kimisi xəlq edilməmişdi;
وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ9
9. Habelə vadidə qayaları yonan Səmud qövmünə?
وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ10
10. Eləcə də sütunlar sahibi Firona?
الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ11
11. Onlar o kəslər idi ki, ölkələrində həddi aşmış,
فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ12
12. çoxlu fitnə-fəsad törətmişdilər.
فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ13
13. Rəbbin də onları əzabla qamçıladı.
إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ14
14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ15
15. İnsana gəlincə, Rəbbi onu sınayıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram göstərdi!”– deyər.
وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ16
16. Amma onu sınamaq üçün ruzisini azaldanda: “Rəbbim məni alçaltdı!”– deyər.
كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ17
17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsiniz,
وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ18
18. kasıbı yedirməyə bir-birinizi təhrik etmirsiniz,
وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا19
19. mirası hərisliklə yeyirsiniz,
وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا20
20. var-dövləti də hərisliklə sevirsiniz.
كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا21
21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا22
22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ23
23. və o gün Cəhənnəm gətiriləcək. O gün insan günahlarını xatırlayacaq. Lakin bu xatırlamanın ona nə faydası?
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي24
24. O: “Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim!”– deyəcək.
فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ25
25. O gün heç kəs Allahın verdiyi əzab kimi əzab verə bilməz
وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ26
26. və heç kəs Onun buxovladığı kimi buxovlaya bilməz.
يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ27
27. O gün möminə deyiləcək: “Ey arxayın olan kəs!
ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً28
28. Razı qalmış və razılıq qazanmış halda öz Rəbbinə tərəf dön!
فَادْخُلِي فِي عِبَادِي29
29. Mənim qullarımın cərgəsinə keç!
وَادْخُلِي جَنَّتِي30
30. Cənnətimə daxil ol!