Al-Inshiqaq

سورة الإنشقاق

Surə 84 · Məkki · 25 ayə

84:1Cüz 30 · s. 589

إِذَا السَّمَاءُ انْشَقَّتْ1

1. Göy yarılacağı
84:2Cüz 30 · s. 589

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ2

2. və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı zaman;
84:3Cüz 30 · s. 589

وَإِذَا الْأَرْضُ مُدَّتْ3

3. Yer dümdüz ediləcəyi,
84:4Cüz 30 · s. 589

وَأَلْقَتْ مَا فِيهَا وَتَخَلَّتْ4

4. içindəkiləri kənara atıb bo­şalacağı
84:5Cüz 30 · s. 589

وَأَذِنَتْ لِرَبِّهَا وَحُقَّتْ5

5. və Rəbbini dinləyib bo­yun əyməyə hazır olacağı za­man;
84:6Cüz 30 · s. 589

يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَىٰ رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ6

6. Ey insan! Sən, həqiqətən də, səy göstərib Rəbbinə tərəf can atır­san. Sən Onunla qarşı­laşacaqsan!
84:7Cüz 30 · s. 589

فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ7

7. Kimin kitabı sağ əlinə ve­riləcəksə,
84:8Cüz 30 · s. 589

فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا8

8. o, yüngül sorğu-suala tu­tulacaq
84:9Cüz 30 · s. 589

وَيَنْقَلِبُ إِلَىٰ أَهْلِهِ مَسْرُورًا9

9. və sevincək öz ailəsinə qa­yıda­caq!
84:10Cüz 30 · s. 589

وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ10

10. Kimin kitabı arxa tərə­fin­dən ve­riləcəksə,
84:11Cüz 30 · s. 589

فَسَوْفَ يَدْعُو ثُبُورًا11

11. o özünə ölüm diləyəcək
84:12Cüz 30 · s. 589

وَيَصْلَىٰ سَعِيرًا12

12. və alovlu oda atılacaq­!
84:13Cüz 30 · s. 589

إِنَّهُ كَانَ فِي أَهْلِهِ مَسْرُورًا13

13. Sözsüz ki, o, dünyada ikən öz ailə­sində sevinc içində idi
84:14Cüz 30 · s. 589

إِنَّهُ ظَنَّ أَنْ لَنْ يَحُورَ14

14. və elə güman edirdi ki, Rəbbinin hüzuruna qayıtmaya­caq.
84:15Cüz 30 · s. 589

بَلَىٰ إِنَّ رَبَّهُ كَانَ بِهِ بَصِيرًا15

15. Xeyr! Sözsüz ki, Rəbbi onu gö­rürdü.
84:16Cüz 30 · s. 589

فَلَا أُقْسِمُ بِالشَّفَقِ16

16. And içirəm şəfəqə,
84:17Cüz 30 · s. 589

وَاللَّيْلِ وَمَا وَسَقَ17

17. gecəyə və onun ağuşuna aldıq­larına,
84:18Cüz 30 · s. 589

وَالْقَمَرِ إِذَا اتَّسَقَ18

18. bədirlənmiş on dörd ge­cə­lik aya!
84:19Cüz 30 · s. 589

لَتَرْكَبُنَّ طَبَقًا عَنْ طَبَقٍ19

19. Siz mütləq haldan-hala keçib də­yişəcəksiniz.
84:20Cüz 30 · s. 589

فَمَا لَهُمْ لَا يُؤْمِنُونَ20

20. Onlara nə olub ki, iman gətir­mirlər
84:21Cüz 30 · s. 589

وَإِذَا قُرِئَ عَلَيْهِمُ الْقُرْآنُ لَا يَسْجُدُونَ ۩21

21. və onlara Quran oxun­duqda səcdə etmirlər?
84:22Cüz 30 · s. 589

بَلِ الَّذِينَ كَفَرُوا يُكَذِّبُونَ22

22. Əksinə, küfr edənlər haq­qı yalan sayırlar.
84:23Cüz 30 · s. 589

وَاللَّهُ أَعْلَمُ بِمَا يُوعُونَ23

23. Allah onların nəyi giz­lət­diklərini çox yaxşı bilir!
84:24Cüz 30 · s. 589

فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ24

24. Elə isə onları ağrılı-acılı bir əzab­la müjdələ,
84:25Cüz 30 · s. 590

إِلَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ أَجْرٌ غَيْرُ مَمْنُونٍ25

25. iman gətirib yaxşı işlər görənlər istisna olmaqla! On­lar üçün tü­kənməz mükafatlar ha­zırlanmışdır.

Surənin əvvəlindən oxut