Al-Insan

سورة الإنسان

Surə 76 · Məkki · 31 ayə

76:1Cüz 29 · s. 578

هَلْ أَتَىٰ عَلَى الْإِنْسَانِ حِينٌ مِنَ الدَّهْرِ لَمْ يَكُنْ شَيْئًا مَذْكُورًا1

1. Doğrudanmı insanın heç kimə məlum olmadığı bir dövr hələ də ötüb keçməmişdir?
76:2Cüz 29 · s. 578

إِنَّا خَلَقْنَا الْإِنْسَانَ مِنْ نُطْفَةٍ أَمْشَاجٍ نَبْتَلِيهِ فَجَعَلْنَاهُ سَمِيعًا بَصِيرًا2

2. İnsanı qarışdırılmış nüt­fə­dən ya­ra­daraq onu sınaqdan ke­çir­mək məqsə­dilə eşidən və gö­rən etdik.
76:3Cüz 29 · s. 578

إِنَّا هَدَيْنَاهُ السَّبِيلَ إِمَّا شَاكِرًا وَإِمَّا كَفُورًا3

3. Şübhəsiz ki, Biz ona yol göstər­dik! Fərqi yoxdur, ya şü­kür et­sin, ya da na­şükür olsun.
76:4Cüz 29 · s. 578

إِنَّا أَعْتَدْنَا لِلْكَافِرِينَ سَلَاسِلَ وَأَغْلَالًا وَسَعِيرًا4

4. Doğrudan da, kafirlərdən ötrü zən­cirlər, buxovlar və alovlu bir atəş hazır­la­mışıq.
76:5Cüz 29 · s. 578

إِنَّ الْأَبْرَارَ يَشْرَبُونَ مِنْ كَأْسٍ كَانَ مِزَاجُهَا كَافُورًا5

5. Sözsüz ki, yaxşılar ka­fur qatıl­mış şərabla dolu badə­dən içəcəklər.
76:6Cüz 29 · s. 579

عَيْنًا يَشْرَبُ بِهَا عِبَادُ اللَّهِ يُفَجِّرُونَهَا تَفْجِيرًا6

6. Bu elə bir bulaqdır ki, Allahın qul­ları ondan doyunca içər və onun mənsə­bini istə­dik­ləri səmtə yönəldərlər.
76:7Cüz 29 · s. 579

يُوفُونَ بِالنَّذْرِ وَيَخَافُونَ يَوْمًا كَانَ شَرُّهُ مُسْتَطِيرًا7

7. Onlar vəd etdikləri nəziri verər və dəhşəti hər yeri sarsı­dacaq gün­dən qor­xarlar.
76:8Cüz 29 · s. 579

وَيُطْعِمُونَ الطَّعَامَ عَلَىٰ حُبِّهِ مِسْكِينًا وَيَتِيمًا وَأَسِيرًا8

8. Onlar özlərinin istə­dikləri şeylər­dən kasıba, yetimə, əsi­rə verər
76:9Cüz 29 · s. 579

إِنَّمَا نُطْعِمُكُمْ لِوَجْهِ اللَّهِ لَا نُرِيدُ مِنْكُمْ جَزَاءً وَلَا شُكُورًا9

9. və deyərlər: “Biz sizi yal­nız Allahın Üzü xatirinə (ixlasla, savabını Allahdan umaraq) yedir­di­rik və siz­dən nə əvə­zini, nə də minnətdarlıq gözləyirik!
76:10Cüz 29 · s. 579

إِنَّا نَخَافُ مِنْ رَبِّنَا يَوْمًا عَبُوسًا قَمْطَرِيرًا10

10. Əslində, biz, Rəbbimiz­dən gələ bilən çox kəskin və ağır bir gün­dən eh­tiyat edirik!”
76:11Cüz 29 · s. 579

فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَٰلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا11

11. Bunun əvəzində Allah da onları həmin günün şərindən qo­ru­yar və on­lara gözəllik və sevinc nəsib edər;
76:12Cüz 29 · s. 579

وَجَزَاهُمْ بِمَا صَبَرُوا جَنَّةً وَحَرِيرًا12

12. onlara səbir etdiklə­rinə gö­rə Cən­nəti bəxş edər və onları ora­da ge­yə­cəkləri ipəklə mü­ka­fat­lan­dırar.
76:13Cüz 29 · s. 579

مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۖ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا13

13. Onlar orada taxtlar üzə­rində mü­təkkələrə dirsəklənə­cək və ora­da nə gü­nəş, nə də şaxta görməyəcəklər.
76:14Cüz 29 · s. 579

وَدَانِيَةً عَلَيْهِمْ ظِلَالُهَا وَذُلِّلَتْ قُطُوفُهَا تَذْلِيلًا14

14. Cənnət ağaclarının köl­gə­ləri özləri onlara yaxınlaşa­caq, mey­və­ləri də tam onların ixti­yarına veriləcək.
76:15Cüz 29 · s. 579

وَيُطَافُ عَلَيْهِمْ بِآنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَا15

15. Onların ətrafına təam­lar­la dolu gü­müşdən hazırlan­mış qab­lar və büllur qədəhlər do­landı­rılacaq.
76:16Cüz 29 · s. 579

قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا16

16. Gümüşdən olan elə bül­lur qə­dəh­lər ki, xidmətçilər on­ları cən­nətdə­kilə­rin içmək istə­dikləri həcmdə hazırla­mışlar.
76:17Cüz 29 · s. 579

وَيُسْقَوْنَ فِيهَا كَأْسًا كَانَ مِزَاجُهَا زَنْجَبِيلًا17

17. Orada onlara zəncəfil qa­­tılmış şərab badəsi də içir­di­lə­cək.
76:18Cüz 29 · s. 579

عَيْنًا فِيهَا تُسَمَّىٰ سَلْسَبِيلًا18

18. Bu elə bir bulaqdandır ki, o, Cən­nətdə Səlsəbil adla­nır.
76:19Cüz 29 · s. 579

۞ وَيَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ إِذَا رَأَيْتَهُمْ حَسِبْتَهُمْ لُؤْلُؤًا مَنْثُورًا19

19. Onların ətrafında həmi­şə gənc olan xidmətçi cavanlar do­la­na­caq­lar. On­ları gördükdə sə­pələn­miş mirvari dənə­ləri ol­duq­la­rı­nı sanarsan.
76:20Cüz 29 · s. 579

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا20

20. Cənnətdə hara baxsan ne­mət və əzəmətli səltənət ni­şa­nəsi gö­rər­sən.
76:21Cüz 29 · s. 579

عَالِيَهُمْ ثِيَابُ سُنْدُسٍ خُضْرٌ وَإِسْتَبْرَقٌ ۖ وَحُلُّوا أَسَاوِرَ مِنْ فِضَّةٍ وَسَقَاهُمْ رَبُّهُمْ شَرَابًا طَهُورًا21

21. Onlar əyinlərinə taftadan və at­lazdan yaşıl paltarlar ge­yə­cək­lər. Onla­rın qoluna gü­müş bilərzik­lər bağlana­caq. On­la­rın Rəb­bi onlara tərtəmiz şərab içir­dəcək­.
76:22Cüz 29 · s. 579

إِنَّ هَٰذَا كَانَ لَكُمْ جَزَاءً وَكَانَ سَعْيُكُمْ مَشْكُورًا22

22. Onlara deyiləcək: “Hə­qiqətən, bu sizə bir hədiy­yədir və sə­yi­niz təşək­kürə la­yiqdir”.
76:23Cüz 29 · s. 579

إِنَّا نَحْنُ نَزَّلْنَا عَلَيْكَ الْقُرْآنَ تَنْزِيلًا23

23. Biz Quranı sənə hissə-hissə aramla nazil etdik.
76:24Cüz 29 · s. 579

فَاصْبِرْ لِحُكْمِ رَبِّكَ وَلَا تُطِعْ مِنْهُمْ آثِمًا أَوْ كَفُورًا24

24. Belə ki, Rəbbinin qərar verəcə­yinə qədər səbir et və on­lar­dan heç bir günah­kara və ya nankora itaət etmə!
76:25Cüz 29 · s. 579

وَاذْكُرِ اسْمَ رَبِّكَ بُكْرَةً وَأَصِيلًا25

25. Səhər-axşam Rəbbinin adını zikr et!
76:26Cüz 29 · s. 580

وَمِنَ اللَّيْلِ فَاسْجُدْ لَهُ وَسَبِّحْهُ لَيْلًا طَوِيلًا26

26. Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müd­dət Onun şəninə təriflər de!
76:27Cüz 29 · s. 580

إِنَّ هَٰؤُلَاءِ يُحِبُّونَ الْعَاجِلَةَ وَيَذَرُونَ وَرَاءَهُمْ يَوْمًا ثَقِيلًا27

27. Həqiqətən, bunlar ötə­ri dün­yanı üstün tutaraq qar­şı­la­rın­da­kı ağır günə etinasız yanaşırlar.
76:28Cüz 29 · s. 580

نَحْنُ خَلَقْنَاهُمْ وَشَدَدْنَا أَسْرَهُمْ ۖ وَإِذَا شِئْنَا بَدَّلْنَا أَمْثَالَهُمْ تَبْدِيلًا28

28. Biz onları yaratdıq və xil­qətini möhkəmlətdik. Əgər is­təsək, on­ları öz­lərinə bən­zər­lə­ri ilə dəyiş­dirərik.
76:29Cüz 29 · s. 580

إِنَّ هَٰذِهِ تَذْكِرَةٌ ۖ فَمَنْ شَاءَ اتَّخَذَ إِلَىٰ رَبِّهِ سَبِيلًا29

29. Həqiqətən, bu bir ibrət­dir. İstə­yən, Rəbbinə doğru apa­ran bir yol tu­tar.
76:30Cüz 29 · s. 580

وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا30

30. Amma Allah istəmə­yin­cə, siz istəyə bilməzsiniz! Hə­qiqə­tən, Allah hər şeyi biləndir, hikmət sahibidir!
76:31Cüz 29 · s. 580

يُدْخِلُ مَنْ يَشَاءُ فِي رَحْمَتِهِ ۚ وَالظَّالِمِينَ أَعَدَّ لَهُمْ عَذَابًا أَلِيمًا31

31. O, istədiyini Öz mərhə­mə­tinə qovuşdurar. Zalımlara isə, O, ağ­rılı-acılı əzab hazır­la­mış­dır.

Surənin əvvəlindən oxut