Al-Waqi'ah

سورة الواقعة

Surə 56 · Məkki · 96 ayə

56:1Cüz 27 · s. 534

إِذَا وَقَعَتِ الْوَاقِعَةُ1

1. Vaqiə qopacağı zaman
56:2Cüz 27 · s. 534

لَيْسَ لِوَقْعَتِهَا كَاذِبَةٌ2

2. onun qopduğunu heç kəs dana bilməz.
56:3Cüz 27 · s. 534

خَافِضَةٌ رَافِعَةٌ3

3. O, bəzilərini alçaldacaq, bə­zilərini də ucaldacaq.
56:4Cüz 27 · s. 534

إِذَا رُجَّتِ الْأَرْضُ رَجًّا4

4. Yer şiddətlə titrədiyi za­man,
56:5Cüz 27 · s. 534

وَبُسَّتِ الْجِبَالُ بَسًّا5

5. Dağlar parça-parça olub ovxalan­dığı
56:6Cüz 27 · s. 534

فَكَانَتْ هَبَاءً مُنْبَثًّا6

6. və ətrafa səpələnmiş toz-torpağa döndüyü zaman,
56:7Cüz 27 · s. 534

وَكُنْتُمْ أَزْوَاجًا ثَلَاثَةً7

7. siz üç dəstəyə ayrılacaq­sınız.
56:8Cüz 27 · s. 534

فَأَصْحَابُ الْمَيْمَنَةِ مَا أَصْحَابُ الْمَيْمَنَةِ8

8. Sağ tərəf sahibləri. Nə xoş­bəxtdir sağ tərəf sahibləri!
56:9Cüz 27 · s. 534

وَأَصْحَابُ الْمَشْأَمَةِ مَا أَصْحَابُ الْمَشْأَمَةِ9

9. Sol tərəf sahibləri. Nə bəd­bəxtdir sol tərəf sahibləri!
56:10Cüz 27 · s. 534

وَالسَّابِقُونَ السَّابِقُونَ10

10. Xeyirxah işlərdə öndə ge­dənlər, Cən­nətdə də öndə­dirlər!
56:11Cüz 27 · s. 534

أُولَٰئِكَ الْمُقَرَّبُونَ11

11. Onlar Allaha yaxın olan­lar,
56:12Cüz 27 · s. 534

فِي جَنَّاتِ النَّعِيمِ12

12. Nəim cən­nətlərində qala­caq kimsələr­dir.
56:13Cüz 27 · s. 534

ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ13

13. Onların çoxu əvvəlki nə­sillərdən,
56:14Cüz 27 · s. 534

وَقَلِيلٌ مِنَ الْآخِرِينَ14

14. az bir qismi də axırın­cı­lardandır.
56:15Cüz 27 · s. 534

عَلَىٰ سُرُرٍ مَوْضُونَةٍ15

15. Onlar bəzənmiş taxtlar üstündə
56:16Cüz 27 · s. 534

مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ16

16. qarşı-qarşıya əyləşib dir­səklənə­cəklər.
56:17Cüz 27 · s. 535

يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ17

17. Onların ətrafında həmi­şəcavan xidmətçi oğlanlar fır­lana­caq­lar –
56:18Cüz 27 · s. 535

بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ18

18. çeşmə şərabı ilə dolu ba­dələr, bar­daqlar və qədəhlərlə –
56:19Cüz 27 · s. 535

لَا يُصَدَّعُونَ عَنْهَا وَلَا يُنْزِفُونَ19

19. ondan başları ağrımaz və məst ol­mazlar,
56:20Cüz 27 · s. 535

وَفَاكِهَةٍ مِمَّا يَتَخَيَّرُونَ20

20. bəyənib seçdikləri mey­vələr
56:21Cüz 27 · s. 535

وَلَحْمِ طَيْرٍ مِمَّا يَشْتَهُونَ21

21. və istədikləri quş əti ilə hərlənə­cəklər.
56:22Cüz 27 · s. 535

وَحُورٌ عِينٌ22

22. Onları iri qara gözlü hu­rilər göz­ləyir –
56:23Cüz 27 · s. 535

كَأَمْثَالِ اللُّؤْلُؤِ الْمَكْنُونِ23

23. sədəf içində saxlanılmış mirvariyə bənzər hurilər.
56:24Cüz 27 · s. 535

جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ24

24. Bu, onların etdikləri əməl­lərin mü­kafatı olacaq.
56:25Cüz 27 · s. 535

لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا وَلَا تَأْثِيمًا25

25. Onlar orada nə boş söz, nə də gü­naha səbəb olan söh­bət eşi­də­cək­lər.
56:26Cüz 27 · s. 535

إِلَّا قِيلًا سَلَامًا سَلَامًا26

26. Ancaq: “Salam! Salam!”– sözləri eşidəcəklər.
56:27Cüz 27 · s. 535

وَأَصْحَابُ الْيَمِينِ مَا أَصْحَابُ الْيَمِينِ27

27. Sağ tərəf sahibləri. Nə xoşbəxtdir sağ tərəf sahibləri!
56:28Cüz 27 · s. 535

فِي سِدْرٍ مَخْضُودٍ28

28. Onlar tikansız sidr ağac­ları arasın­da,
56:29Cüz 27 · s. 535

وَطَلْحٍ مَنْضُودٍ29

29. meyvələri salxım-salxım asılmış banan ağacları altında,
56:30Cüz 27 · s. 535

وَظِلٍّ مَمْدُودٍ30

30. uzanmış kölgəliklərdə,
56:31Cüz 27 · s. 535

وَمَاءٍ مَسْكُوبٍ31

31. daim axan sular kəna­rın­da,
56:32Cüz 27 · s. 535

وَفَاكِهَةٍ كَثِيرَةٍ32

32. çoxlu meyvələr –
56:33Cüz 27 · s. 535

لَا مَقْطُوعَةٍ وَلَا مَمْنُوعَةٍ33

33. tükənməz və qadağan edilməyən meyvələr içində
56:34Cüz 27 · s. 535

وَفُرُشٍ مَرْفُوعَةٍ34

34. və hündür döşəklər üs­tündə ola­caqlar.
56:35Cüz 27 · s. 535

إِنَّا أَنْشَأْنَاهُنَّ إِنْشَاءً35

35. Biz Cənnətdəki qadınları yeni bi­çimdə yaradacağıq.
56:36Cüz 27 · s. 535

فَجَعَلْنَاهُنَّ أَبْكَارًا36

36. Onları bakirə qızlar edə­cəyik –
56:37Cüz 27 · s. 535

عُرُبًا أَتْرَابًا37

37. ərlərini sevən, həmya­şıd­lar.
56:38Cüz 27 · s. 535

لِأَصْحَابِ الْيَمِينِ38

38. Bunlar sağ tərəf sahib­lə­ri üçün­dür.
56:39Cüz 27 · s. 535

ثُلَّةٌ مِنَ الْأَوَّلِينَ39

39. Onların çoxu əvvəlki nə­sillərdən,
56:40Cüz 27 · s. 535

وَثُلَّةٌ مِنَ الْآخِرِينَ40

40. bir qismi də axırıncılar­dandır.
56:41Cüz 27 · s. 535

وَأَصْحَابُ الشِّمَالِ مَا أَصْحَابُ الشِّمَالِ41

41. Sol tərəf sahibləri. Nə bədbəxtdir sol tərəf sahibləri!
56:42Cüz 27 · s. 535

فِي سَمُومٍ وَحَمِيمٍ42

42. Onlar qızmar yel və qay­nar su içində,
56:43Cüz 27 · s. 535

وَظِلٍّ مِنْ يَحْمُومٍ43

43. qapqara duman kölgə­sin­də ola­caqlar.
56:44Cüz 27 · s. 535

لَا بَارِدٍ وَلَا كَرِيمٍ44

44. Bu duman nə sərin, nə də xoşa­gə­ləndir.
56:45Cüz 27 · s. 535

إِنَّهُمْ كَانُوا قَبْلَ ذَٰلِكَ مُتْرَفِينَ45

45. Onlar bundan əvvəl cah-calal içində idilər,
56:46Cüz 27 · s. 535

وَكَانُوا يُصِرُّونَ عَلَى الْحِنْثِ الْعَظِيمِ46

46. böyük günah işlətmək­də israr edirdilər
56:47Cüz 27 · s. 535

وَكَانُوا يَقُولُونَ أَئِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ47

47. və deyirdilər: “Məgər biz ölüb tor­paq və sür-sümük ol­duq­dan sonra yeni­dən diril­diləcəyik?
56:48Cüz 27 · s. 535

أَوَآبَاؤُنَا الْأَوَّلُونَ48

48. Yaxud bizim əcdadla­rı­mız diril­diləcəklərmi?”
56:49Cüz 27 · s. 535

قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ49

49. De: “Şübhəsiz ki, əvvəl­kilər də, sonrakılar da,
56:50Cüz 27 · s. 535

لَمَجْمُوعُونَ إِلَىٰ مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ50

50. bəlli bir günün müəy­yən vaxtın­da mütləq toplana­caq­lar.
56:51Cüz 27 · s. 536

ثُمَّ إِنَّكُمْ أَيُّهَا الضَّالُّونَ الْمُكَذِّبُونَ51

51. Sonra, siz ey doğru yol­dan azanlar, haqqı yalan sayanlar!
56:52Cüz 27 · s. 536

لَآكِلُونَ مِنْ شَجَرٍ مِنْ زَقُّومٍ52

52. Siz mütləq zəqqum ağa­cından yeyəcəksiniz,
56:53Cüz 27 · s. 536

فَمَالِئُونَ مِنْهَا الْبُطُونَ53

53. qarınlarınızı onunla dol­dura­caq­sınız,
56:54Cüz 27 · s. 536

فَشَارِبُونَ عَلَيْهِ مِنَ الْحَمِيمِ54

54. üstündən də qaynar su içəcək­si­niz.
56:55Cüz 27 · s. 536

فَشَارِبُونَ شُرْبَ الْهِيمِ55

55. Siz onu susamış xəstə də­vələr ki­mi içəcəksiniz”.
56:56Cüz 27 · s. 536

هَٰذَا نُزُلُهُمْ يَوْمَ الدِّينِ56

56. Bu, onların Haqq-hesab günün­də­ki ziyafətidir.
56:57Cüz 27 · s. 536

نَحْنُ خَلَقْنَاكُمْ فَلَوْلَا تُصَدِّقُونَ57

57. Sizi Biz yaratdıq. Bəs nə üçün di­rildiləcəyinizi təsdiq et­mirsi­niz?
56:58Cüz 27 · s. 536

أَفَرَأَيْتُمْ مَا تُمْنُونَ58

58. Axıtdığınız nütfəni gördünüzmü?
56:59Cüz 27 · s. 536

أَأَنْتُمْ تَخْلُقُونَهُ أَمْ نَحْنُ الْخَالِقُونَ59

59. Onu siz yaradırsınız, yox­sa Biz?
56:60Cüz 27 · s. 536

نَحْنُ قَدَّرْنَا بَيْنَكُمُ الْمَوْتَ وَمَا نَحْنُ بِمَسْبُوقِينَ60

60. Sizin aranızda ölümü Biz müəy­yən etdik və heç nə Bi­zim qar­şı­mızı ala bil­məz.
56:61Cüz 27 · s. 536

عَلَىٰ أَنْ نُبَدِّلَ أَمْثَالَكُمْ وَنُنْشِئَكُمْ فِي مَا لَا تَعْلَمُونَ61

61. Sizi bənzərləriniz ilə əvəz etməyə və sizi özünüz bilmə­di­yi­niz başqa bir şəkildə yarat­mağa Bizə mane olan tapıl­maz.
56:62Cüz 27 · s. 536

وَلَقَدْ عَلِمْتُمُ النَّشْأَةَ الْأُولَىٰ فَلَوْلَا تَذَكَّرُونَ62

62. Siz ilk yaradılışı bilirsi­niz. Bəs nə üçün dirildiləcə­yiniz barədə dü­şünmür­sünüz?
56:63Cüz 27 · s. 536

أَفَرَأَيْتُمْ مَا تَحْرُثُونَ63

63. Əkdiyinizi gördünüzmü?
56:64Cüz 27 · s. 536

أَأَنْتُمْ تَزْرَعُونَهُ أَمْ نَحْنُ الزَّارِعُونَ64

64. Onu siz bitirirsiniz, yox­sa Biz?
56:65Cüz 27 · s. 536

لَوْ نَشَاءُ لَجَعَلْنَاهُ حُطَامًا فَظَلْتُمْ تَفَكَّهُونَ65

65. Əgər Biz istəsəydik, onu bir sa­man çöpünə döndərər, siz də hey­rətə gələrdiniz,
56:66Cüz 27 · s. 536

إِنَّا لَمُغْرَمُونَ66

66. və deyərdiniz: “Biz zi­ya­na uğra­dıq.
56:67Cüz 27 · s. 536

بَلْ نَحْنُ مَحْرُومُونَ67

67. Daha doğrusu nemətlər­dən məh­rum olduq!”
56:68Cüz 27 · s. 536

أَفَرَأَيْتُمُ الْمَاءَ الَّذِي تَشْرَبُونَ68

68. İçdiyiniz suyu gördü­nüz­mü?
56:69Cüz 27 · s. 536

أَأَنْتُمْ أَنْزَلْتُمُوهُ مِنَ الْمُزْنِ أَمْ نَحْنُ الْمُنْزِلُونَ69

69. Onu buluddan siz endi­rirsiniz, yoxsa Biz?
56:70Cüz 27 · s. 536

لَوْ نَشَاءُ جَعَلْنَاهُ أُجَاجًا فَلَوْلَا تَشْكُرُونَ70

70. Əgər istəsəydik, onu acı edərdik. Bəs nə üçün şükür et­mir­si­niz?
56:71Cüz 27 · s. 536

أَفَرَأَيْتُمُ النَّارَ الَّتِي تُورُونَ71

71. Yandırdığınız odu gör­dünüzmü?
56:72Cüz 27 · s. 536

أَأَنْتُمْ أَنْشَأْتُمْ شَجَرَتَهَا أَمْ نَحْنُ الْمُنْشِئُونَ72

72. Onun ağacını siz yara­dırsınız, yoxsa Biz?
56:73Cüz 27 · s. 536

نَحْنُ جَعَلْنَاهَا تَذْكِرَةً وَمَتَاعًا لِلْمُقْوِينَ73

73. Biz onu Cəhənnəmi yada salmaq və müsafirlərin istifa­dəsi üçün yarat­dıq.
56:74Cüz 27 · s. 536

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ74

74. Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de!
56:75Cüz 27 · s. 536

۞ فَلَا أُقْسِمُ بِمَوَاقِعِ النُّجُومِ75

75. Ulduzların batdığı yer­lərə and olsun!
56:76Cüz 27 · s. 536

وَإِنَّهُ لَقَسَمٌ لَوْ تَعْلَمُونَ عَظِيمٌ76

76. Kaş bunun, doğrudan da, böyük bir and olduğunu biləy­di­niz.
56:77Cüz 27 · s. 537

إِنَّهُ لَقُرْآنٌ كَرِيمٌ77

77. Həqiqətən, bu, ehtirama layiq Qurandır,
56:78Cüz 27 · s. 537

فِي كِتَابٍ مَكْنُونٍ78

78. qorunub saxlanılan Ya­zı­dadır (Lövhi-məhfuzdadır).
56:80Cüz 27 · s. 537

تَنْزِيلٌ مِنْ رَبِّ الْعَالَمِينَ80

80. O, aləmlərin Rəbbi tərə­findən na­zil edilmişdir.
56:81Cüz 27 · s. 537

أَفَبِهَٰذَا الْحَدِيثِ أَنْتُمْ مُدْهِنُونَ81

81. Siz bu kəlamı yalan sa­yırsınız?
56:82Cüz 27 · s. 537

وَتَجْعَلُونَ رِزْقَكُمْ أَنَّكُمْ تُكَذِّبُونَ82

82. Sizə verilən ruziyə şükür etməyi, onu yalan saymaqla ye­rinə ye­ti­rirsiniz?
56:83Cüz 27 · s. 537

فَلَوْلَا إِذَا بَلَغَتِ الْحُلْقُومَ83

83. Can boğaza yetişdiyi za­man –
56:84Cüz 27 · s. 537

وَأَنْتُمْ حِينَئِذٍ تَنْظُرُونَ84

84. həmin an siz can verən adama ba­xırsınız.
56:85Cüz 27 · s. 537

وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْكُمْ وَلَٰكِنْ لَا تُبْصِرُونَ85

85. Biz ona sizdən daha ya­xın olu­ruq, siz isə bunu gör­mür­sü­nüz.
56:86Cüz 27 · s. 537

فَلَوْلَا إِنْ كُنْتُمْ غَيْرَ مَدِينِينَ86

86. Madam ki, siz iddianıza görə haqq-hesab olunmaya­caq­sınız
56:87Cüz 27 · s. 537

تَرْجِعُونَهَا إِنْ كُنْتُمْ صَادِقِينَ87

87. və doğru danışanlarsı­nız, onda, o canı geri qaytarın.
56:88Cüz 27 · s. 537

فَأَمَّا إِنْ كَانَ مِنَ الْمُقَرَّبِينَ88

88. Amma əgər o, Allaha ya­xın olan­lardandırsa,
56:89Cüz 27 · s. 537

فَرَوْحٌ وَرَيْحَانٌ وَجَنَّتُ نَعِيمٍ89

89. onda rəhmətə, gözəl ru­ziyə və Nəim bağına yetişər.
56:90Cüz 27 · s. 537

وَأَمَّا إِنْ كَانَ مِنْ أَصْحَابِ الْيَمِينِ90

90. Əgər o, sağ tərəf sahib­lərin­dən­dirsə,
56:91Cüz 27 · s. 537

فَسَلَامٌ لَكَ مِنْ أَصْحَابِ الْيَمِينِ91

91. ona: “Sağ tərəf sahib­lə­rindən sə­nə salam olsun!”– de­yilə­cək.
56:92Cüz 27 · s. 537

وَأَمَّا إِنْ كَانَ مِنَ الْمُكَذِّبِينَ الضَّالِّينَ92

92. Yox əgər o, haqqı yalan sayan­lar­dan və doğru yoldan azan­lar­dan­dırsa,
56:93Cüz 27 · s. 537

فَنُزُلٌ مِنْ حَمِيمٍ93

93. onun ziyafəti qaynar su olacaq,
56:94Cüz 27 · s. 537

وَتَصْلِيَةُ جَحِيمٍ94

94. özü də Cəhənnəmdə ya­nacaq.
56:95Cüz 27 · s. 537

إِنَّ هَٰذَا لَهُوَ حَقُّ الْيَقِينِ95

95. Həqiqətən, bu, şübhə do­ğur­ma­yan bir həqiqətdir.
56:96Cüz 27 · s. 537

فَسَبِّحْ بِاسْمِ رَبِّكَ الْعَظِيمِ96

96. Elə isə Ulu Rəbbinin adı­na tərif­lər de!

Surənin əvvəlindən oxut