Al-Humazah

سورة الهمزة

Surə 104 · Məkki · 9 ayə

104:1Cüz 30 · s. 601

وَيْلٌ لِكُلِّ هُمَزَةٍ لُمَزَةٍ1

1. Hər bir qeybət edənin, tə­nə vura­nın vay halına!
104:2Cüz 30 · s. 601

الَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُ2

2. O şəxs ki, mal-dövlət top­layıb onu təkrar-təkrar sayır
104:3Cüz 30 · s. 601

يَحْسَبُ أَنَّ مَالَهُ أَخْلَدَهُ3

3. və elə güman edir ki, var-dövləti onu əbədi saxlaya­caq­.
104:4Cüz 30 · s. 601

كَلَّا ۖ لَيُنْبَذَنَّ فِي الْحُطَمَةِ4

4. Xeyr! O, mütləq Hutə­mə­yə atıla­caq.
104:5Cüz 30 · s. 601

وَمَا أَدْرَاكَ مَا الْحُطَمَةُ5

5. Sən haradan biləsən ki, Hu­təmə nədir?
104:6Cüz 30 · s. 601

نَارُ اللَّهِ الْمُوقَدَةُ6

6. Bu, Allahın qaladığı Od­dur.
104:7Cüz 30 · s. 601

الَّتِي تَطَّلِعُ عَلَى الْأَفْئِدَةِ7

7. O Od ki, qalxıb ürəklərə çatacaq.
104:8Cüz 30 · s. 601

إِنَّهَا عَلَيْهِمْ مُؤْصَدَةٌ8

8. Həqiqətən, bu Od onların üzərində qapanacaq.
104:9Cüz 30 · s. 601

فِي عَمَدٍ مُمَدَّدَةٍ9

9. Özləri də orada yüksək di­rəklərə bağlanmış olacaq­lar.

Surənin əvvəlindən oxut