Al-Fajr

سورة الفجر

Surə 89 · Məkki · 30 ayə

89:1Cüz 30 · s. 593

وَالْفَجْرِ1

1. And olsun dan yerinə!
89:2Cüz 30 · s. 593

وَلَيَالٍ عَشْرٍ2

2. And olsun on gecəyə!
89:3Cüz 30 · s. 593

وَالشَّفْعِ وَالْوَتْرِ3

3. And olsun cütə və təkə!
89:4Cüz 30 · s. 593

وَاللَّيْلِ إِذَا يَسْرِ4

4. And olsun keçib getmək­də olan gecəyə!
89:5Cüz 30 · s. 593

هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ5

5. Məgər bu andlar ağıl sa­hi­bi üçün kifayət deyilmi?
89:6Cüz 30 · s. 593

أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ6

6. Məgər görmədinmi ki, Rəbbin nə­lər etdi Ad qövmünə,
89:7Cüz 30 · s. 593

إِرَمَ ذَاتِ الْعِمَادِ7

7. sütunlar sahibi İrəm qəbi­ləsinə –
89:8Cüz 30 · s. 593

الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ8

8. halbuki, yer üzündə on­lar kimisi xəlq edilməmişdi;
89:9Cüz 30 · s. 593

وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ9

9. Habelə vadidə qayaları yo­nan Sə­mud qövmünə?
89:10Cüz 30 · s. 593

وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ10

10. Eləcə də sütunlar sahibi Firona?
89:11Cüz 30 · s. 593

الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ11

11. Onlar o kəslər idi ki, öl­kələrində həddi aşmış,
89:12Cüz 30 · s. 593

فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ12

12. çoxlu fitnə-fəsad törət­miş­dilər.
89:13Cüz 30 · s. 593

فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ13

13. Rəbbin də onları əzabla qam­çı­ladı.
89:14Cüz 30 · s. 593

إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ14

14. Həqiqətən, sənin Rəbbin nəzarət edir.
89:15Cüz 30 · s. 593

فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ15

15. İnsana gəlincə, Rəbbi onu sına­yıb ehtiram göstərəndə və ona nemət verəndə: “Rəbbim mənə ehtiram gös­tərdi!”– de­yər.
89:16Cüz 30 · s. 593

وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ16

16. Amma onu sınamaq üçün ruzi­sini azaldanda: “Rəbbim mə­ni alçalt­dı!”– deyər.
89:17Cüz 30 · s. 593

كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ17

17. Xeyr! Əslində siz yetimə ehtiram göstərmirsi­niz,
89:18Cüz 30 · s. 593

وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ18

18. kasıbı yedirməyə bir-bi­rinizi təh­rik etmirsiniz,
89:19Cüz 30 · s. 593

وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا19

19. mirası hərisliklə yeyir­si­niz,
89:20Cüz 30 · s. 593

وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا20

20. var-dövləti də hərisliklə sevir­siniz.
89:21Cüz 30 · s. 593

كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا21

21. Xeyr! Elə ki yer lərzəyə gəlib parça-parça olacaq,
89:22Cüz 30 · s. 593

وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا22

22. sənin Rəbbin və səf-səf düzülmüş mələklər gələcək
89:23Cüz 30 · s. 594

وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ23

23. və o gün Cəhənnəm gə­ti­riləcək. O gün insan günah­la­rı­nı xa­tır­laya­caq­. Lakin bu xa­tırlamanın ona nə fay­dası?
89:24Cüz 30 · s. 594

يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي24

24. O: “Kaş axirət həyatım üçün əv­vəlcədən hazırlıq gö­rəy­dim!”– deyə­cək­.
89:25Cüz 30 · s. 594

فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ25

25. O gün heç kəs Allahın ver­diyi əzab kimi əzab verə bil­məz
89:26Cüz 30 · s. 594

وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ26

26. və heç kəs Onun buxov­ladığı kimi buxovlaya bilməz.
89:27Cüz 30 · s. 594

يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ27

27. O gün möminə deyilə­cək­: “Ey ar­xayın olan kəs!
89:28Cüz 30 · s. 594

ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً28

28. Razı qalmış və razılıq qa­zanmış halda öz Rəbbinə tərəf dön!
89:29Cüz 30 · s. 594

فَادْخُلِي فِي عِبَادِي29

29. Mənim qullarımın cər­gə­sinə keç!
89:30Cüz 30 · s. 594

وَادْخُلِي جَنَّتِي30

30. Cənnətimə daxil ol!

Surənin əvvəlindən oxut

Abdullah Al-Mattrod - Al-Fajr · Tlawati