At-Takwir

سورة التكوير

Surə 81 · Məkki · 29 ayə

81:1Cüz 30 · s. 586

إِذَا الشَّمْسُ كُوِّرَتْ1

1. Günəş sarınacağı zaman;
81:2Cüz 30 · s. 586

وَإِذَا النُّجُومُ انْكَدَرَتْ2

2. ulduzlar soluxub sönəcə­yi zaman;
81:3Cüz 30 · s. 586

وَإِذَا الْجِبَالُ سُيِّرَتْ3

3. dağlar hərəkətə gətirilə­cə­yi zaman;
81:4Cüz 30 · s. 586

وَإِذَا الْعِشَارُ عُطِّلَتْ4

4. boğaz dəvələr başlı-başı­na qala­caq­ları zaman;
81:5Cüz 30 · s. 586

وَإِذَا الْوُحُوشُ حُشِرَتْ5

5. vəhşi heyvanlar bir yerə toplanacağı zaman;
81:6Cüz 30 · s. 586

وَإِذَا الْبِحَارُ سُجِّرَتْ6

6. dənizlər alovlanacağı za­man;
81:7Cüz 30 · s. 586

وَإِذَا النُّفُوسُ زُوِّجَتْ7

7. hər kəs öz tayına qo­vuş­durulacağı zaman;
81:8Cüz 30 · s. 586

وَإِذَا الْمَوْءُودَةُ سُئِلَتْ8

8. diri-diri torpağa basdırıl­mış qız uşağı soruşulacağı za­man –
81:9Cüz 30 · s. 586

بِأَيِّ ذَنْبٍ قُتِلَتْ9

9. hansı günaha görə öldü­rül­müş­dür;
81:10Cüz 30 · s. 586

وَإِذَا الصُّحُفُ نُشِرَتْ10

10. səhifələr açılacağı zaman;
81:11Cüz 30 · s. 586

وَإِذَا السَّمَاءُ كُشِطَتْ11

11. göy qopardılacağı zaman;
81:12Cüz 30 · s. 586

وَإِذَا الْجَحِيمُ سُعِّرَتْ12

12. Cəhənnəm alovlandırı­la­cağı za­man
81:13Cüz 30 · s. 586

وَإِذَا الْجَنَّةُ أُزْلِفَتْ13

13. və Cənnət möminlərə ya­xınlaşdı­rılacağı zaman;
81:14Cüz 30 · s. 586

عَلِمَتْ نَفْسٌ مَا أَحْضَرَتْ14

14. hər kəs bu gün üçün özü­nə nə tə­darük etdiyini bilə­cək­dir.
81:15Cüz 30 · s. 586

فَلَا أُقْسِمُ بِالْخُنَّسِ15

15. And içirəm gecə çıxıb gün­düz batan ulduzlara,
81:16Cüz 30 · s. 586

الْجَوَارِ الْكُنَّسِ16

16. seyrə çıxıb gizlənən səy­yarələrə,
81:17Cüz 30 · s. 586

وَاللَّيْلِ إِذَا عَسْعَسَ17

17. qaralmaqda olan gecəyə,
81:18Cüz 30 · s. 586

وَالصُّبْحِ إِذَا تَنَفَّسَ18

18. və açılmaqda olan səhə­rə!
81:19Cüz 30 · s. 586

إِنَّهُ لَقَوْلُ رَسُولٍ كَرِيمٍ19

19. Həqiqətən, bu, göndər­di­yimiz möh­tə­rəm bir elçinin sö­zü­dür.
81:20Cüz 30 · s. 586

ذِي قُوَّةٍ عِنْدَ ذِي الْعَرْشِ مَكِينٍ20

20. O elçi ki, qüvvətlidir, Ər­şin sahibi yanında böyük hör­­mət sa­hi­bidir,
81:21Cüz 30 · s. 586

مُطَاعٍ ثَمَّ أَمِينٍ21

21. orada itaət ediləndir, eti­barlı­dır.
81:22Cüz 30 · s. 586

وَمَا صَاحِبُكُمْ بِمَجْنُونٍ22

22. Sizin dostunuz Muhəm­məd di­vanə deyil.
81:23Cüz 30 · s. 586

وَلَقَدْ رَآهُ بِالْأُفُقِ الْمُبِينِ23

23. O, Cəbraili aydın üfüqdə gördü.
81:24Cüz 30 · s. 586

وَمَا هُوَ عَلَى الْغَيْبِ بِضَنِينٍ24

24. O, qeybdən gələn xəbərləri sizdən əsirgəyən de­yil.
81:25Cüz 30 · s. 586

وَمَا هُوَ بِقَوْلِ شَيْطَانٍ رَجِيمٍ25

25. Bu Quran daşqalaq olun­muş şey­tanın sözü də deyildir.
81:26Cüz 30 · s. 586

فَأَيْنَ تَذْهَبُونَ26

26. Elə isə ondan üz döndə­rib hara ge­dirsiniz?
81:27Cüz 30 · s. 586

إِنْ هُوَ إِلَّا ذِكْرٌ لِلْعَالَمِينَ27

27. Bu, aləmlərə yalnız bir nəsihətdir –
81:28Cüz 30 · s. 586

لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَسْتَقِيمَ28

28. sizlərdən doğru yolda ol­maq istə­yənlər üçün.
81:29Cüz 30 · s. 586

وَمَا تَشَاءُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ رَبُّ الْعَالَمِينَ29

29. Aləmlərin Rəbbi Allah istəmə­yincə, siz istəyə bilməz­siniz!

Surənin əvvəlindən oxut