Al-Mukhtasar (Azerbaijani)
Ar-Ra'd · 13:21
وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ
21. O kəslər ki, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri qovuşdurur (qohumluq və qardaşlıq əlaqələrini möhkəmlədir), Rəbbindən qorxur və pis haqq-hesabdan çəkinirlər.
Onlar, Allahın qohumluq əlaqələrini birləşdirmə əmrini qoruyub saxlayar və Rəbbindən o dərəcədə qorxarlar ki, hətta bu qorxu onları Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməyə sövq edər. Həmçinin Allah, onların etdikləri hər bir günaha görə sorğu-sual edəcəyindən qorxarlar. Çünki əməlləri müzakirə olunacaq kimsə isə həlak olacaqdır.